Trampın Konqres macərası: xanım spikerin əlini havada buraxdı, o isə...

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə kobud davranışı ilə gündəmə gəlib.

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, Tramp Konqresdə "Ölkənin vəziyyəti haqqında" illik müraciətinə başlamazdan əvvəl Aşağı Palatanın spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib. Hadisə ABŞ Prezidenti çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb.

Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb. Tramp çıxışını yekunlaşdırdıqda isə Nensi Pelosi etirazını onun çıxışının mətnini cırmaqla nümayiş etdirib. Qeyd edək ki, bu, prezidentin spikerə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”dəki səhifəsində spikerin fotosunu paylaşaraq "Öz iflası ilə məyus edilmiş əsəbi Nensi" sözlərini yazıb.

Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini "Dəli Nensi" adlandıraraq aşağılayıb.

Müəllif | Apa.Tv
Apa.tv