Transformatorun üstünə çıxan uşaq yandı - VƏZİYYƏTİ AĞIRDIR

Zaqatalada yüksək gərginlikli elektrik transformatorunun üstünə çıxan 9 yaşlı uşaq yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, 2011-ci il təvəllüdlü Emin Əmrahov evlərinin yaxınlığında, əkin üçün istifadə etdikləri sahədə yerləşən elektrik transformatorunun üstünə çıxıb. Bu zaman yüksək gərginlikli elektrik naqilinə toxunan Emin Əmrahov yanıq xəsarəti alıb. Transformatora yaxın ərazidə əkin işləri ilə məşğul olan babası tərəfindən xilas edilən uşaq təcili Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün paytaxta gətirilərək, Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv