TŞ-nın sədr müavini: “Kiyevə qədər gediləcək”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ordusunun Lvov şəhərinə qədər irəliləyə biləcəyini açıqlayıb.

Xüsusi hərbi əməliyyatdan danışan Medvedev bu prosesdə heç nəyin istisna olunmadığını bildirib: “Əgər bu “infeksiya”nın kökünü kəsmək üçün Kiyevə getmək lazımdırsa, o zaman Kiyevə qədər gediləcək. Lvova qədər getmək lazım olsa, Lvova qədər gediləcək".

Rusiya və ABŞ ordularının müqayisəsinin yanlış olduğunu söyləyən Medvedev "Münaqişə olsa, qalib olmayacaq”, - deyə qeyd edib.

Medvedev ölkəsinin Ukrayna ilə deyil, NATO ordusu ilə döyüşdüyünü iddia edib. "Onlar hibrid qarşıdurmanın içərisindədir və bunu artıq gizlətmirlər”- deyə o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv