Tural Gəncəliyev: “Onlar həmsədr ölkə kimi Fransanın nüfuzuna xələl gətirirlər”

 

“Fransanın Lill Universitetinin müəllim və professor heyətinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”.

APA TV-nin məlumatına görə, bunu mətbuata açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

 

O bildirib ki, bu cür əməllərlə ermənilər Azərbaycan-Fransa əlaqələrini zəiflətmək istəyirlər: “Fransa ATƏT-in Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirir. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna xələl gətirirlər. Çünki Fransa burada tərəfsiz və obyektiv funksiya həyata keçirir. Hesab edirəm ki, universitetin bu hərəkəti tamamilə qəbuledilməzdir. Lill Universiteti rəhbərliyinin həmin müəllim və professorlara qarşı ciddi tədbirlər görməsini tələb edirik. Hesab edirik ki, gələcəkdə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsinin qarşısını alacaqlar”.

Qeyd edək ki, qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universiteti”ndə olublar.

Müəllif | Apa.Tv
Apa.tv