“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

 

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Müəllif | Apa.Tv
Apa.tv