Turistlər rayonlarımızdan niyə uzaq qaçırlar? – APA TV
Cari ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. İqtisadçı deputat Vüqar Bayramlı bildirib ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Onun sözlərinə görə, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bunun da nəticəsi olaraq, xarici turistlərin böyük qismi Bakıdan uzağa getmir. Elə turistlərin özlərinin də bildirdiyi kimi, ən çox Bakıda qalıb, şəhəri gəzirlər. Bakıdan uzağa isə uzağı Qəbələ və Qubaya üz tuturlar. Naftalana gedənlərin isə demək olar ki, hamısı müalicə məqsədilə Azərbayacana gələnlərdir. Bəs digər bölgələrimiz tursutlər üçün niyə cazibədar deyil? Halbuki kifayət qədər gəzməli-görməli rayon və şəhərlərimiz var. “Pin Travel” şirkətinin meneceri Nərgiz Hüseynova deyir ki, Bakı paytaxt və dənizə yaxın olduğuna görə turistlərin daha çox diqqətini çəkir. “Turistlərin Bakıda daha çox istirahət etmələrinin səbəbi beynəlxalq yarışların, irimiqyaslı tədbirlərin burada daha çox keçiriləməsi. Bu səbəəblə Balkının reklam təbliğatının xarici ölkələrdə daha çox aparılmasıdır. Bakıda qiymətlər rayonlara nisbətən daha münasibdir. Dənizkənarı. Yerlər burda daha çox olduğuna görə.” Turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, təcrübə və statistika onu göstərir ki, turistlər dünyanın hər yerində daha çox mərkəzi şəhərlərdə qalmaqlarına baxmayaraq, digər regionlara da kifayət qədər səfərlər edirlər. Azərbaycanda isə regionların turizm potensialından tam istifadə olunmamasının bir neçə səbəbi var. “Regionlarda otel və restoranlarda iaşə obyektlərində online ödəmə sistemi demək olar ki sıfırdır. Yəni əksər turistlər kartla gəlir və online ödəmə edir. Bu sistem olmayandan sonra onlar əziyyət çəkirlər. İkincisi ondan ibarətdir ki Bakıya gələn turistlərin sayı qədər nəqliyyat şirkətləri yoxdur. Ola bilər kiminsə şəxsi avtobusu və digər maşınları olsun, ama nəqliyyat şirkətləri o qədər yoxdur. Biz də işləyərkən əgər işimizi peşəkar qururuqsa nəqliyyat şirkətləriylə müqavilə bağlayırıq.” Ekspertin də dediyi kimi, onlayn ödəmə sistemi və nəqliyyat şirkətləriylə bağlı problemlər də turizmin bölgələrdəki inkişafına mənfi təsir edir. Bundan başqa yol infrastrukturu da çox önəmlidir. “Bugün bildiyiniz kimi şimal qərb marşrutu üzrə Şamaxı İsmayıllı Qəbələ yolunda təmir işləri gedir. Bundan öncəki illərdə də qubada tikinti işləri gedirdi yolda. Bu özü kifayət qədər təsir edir ki turistlər az getsinlər.” Bundan başqa reklam PR işlərinin də turizmin inkişafına ciddi təsiri olur. “Zatən bugün biz sərgilərdə də iştirak edirik bilirsiniz. Hər ay bir ölkədə xaricdə sərgi olur invitaşionlar olur. Və orda iştirak edərkən həmin tədbirlərdə flayerlər bukletlərin üzrərində rayonlarımızın şəkilləri, otellərin, istirahət mərkəzlərinin restoranların yaxud şəkilləri olur. Bilirsiz həm də Azərbaycan turizminin yaşı azdı. 2015-ci ildən xaricdən turistlər back to back iraqdan turistlər gəlməyə başlayıb. İnşallah getdikcə də düşünürəm ki həm dövlət strategiyasında turizm həmbizim özümüzdə bu genişlənəcək.” Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz.