22:41 25 noyabr 2021 525
Ana səhifə Xəbərlər

Türk dünyasını əhatə edən yarışma başlayır – Murad Dadaşov təqdim etdi

Noyabrın 25-i “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın “Talant Mərkəzi Asiya” müsabiqəsində iştirakı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, layihənin aparıcısı Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak edib.

 

Murad Dadaşov Azərbaycandan seçilən iştirakçılara uğurlar arzulayıb: ”Uğurlar arzu edirəm bizim nümayəndələrə. Dünən təşkilatçılarla danışanda bildirdilər ki, Azərbaycanda çox hazırlıqlı yanaşırlar, iştirakçılar, ona görə insanların böyük əksəriyyəti artıq keçib. Bütün bu uşaqlar birləşib Qazaxıstana gedəcək, onların xərclərin biz ödəyəcəyik. Orada isə yarımfinal və final mərhələləri olacaq”.

Murad Dadaşov bu müsabiqənin türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, ideyaların həyata keçirilməsinə, mədəni münasibətlərin yeni mərhələyə qədəm qoymasına töhfə verəcəyini vurğulayıb.


Oksana Rəsulova isə münsiflər heyətinin tərkibində Azərbaycanı təmsil etməkdən çox şad olduğunu bildirdi. Tanınmış rəqqəsənin sözlərinə görə, onun “Talant Mərkəzi Asiya” müsabiqəsinə münsif kimi seçilməsi heç də təsadüfü deyil: ”Məni juri kimi dəvət edəndə düşünüblər ki, həm aktyorluq istedadım, rəqqaslığım və başqa bacarığım olduğu üçün düşünürəm ki, bunun öhdəsindən gələ biləcəm. Bu şou möhtəşəm bir layihədir. Murad Dadaşova təşəkkür edirəm ki, məni bu layihəyə dəvət edib. Bu şounun marifləndirici tərəfləri çoxdur.  Mədəni tərəfdən də platformalar yaratmağa bizlərə imkan verəcək”.
 

Qeyd edək ki, müsabiqə 2022-ci ilin yanvar ayından etibarən bütün iştirakçı dövlətlərin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, o cümlədən Azərbaycanın yayım hüququ qazanmış telekanallarında hər həftə yayımlanacaq. Yarışın Azərbaycan üzrə media tərəfdaşı “Xəzər Media Mərkəzi”dir. Azərbaycanın ilk dəfə iştirak edəcəyi müsabiqənin uduş fondu 40000 AZN təşkil edir. Müsabiqənin final mərhələsi 2022-ci ilin may ayında Qazaxıstanın Türküstan şəhərində baş tutacaq və canlı yayımlanacaq.
 

 

Semral Cavad,
Kamran Namazov,
APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın