Türk Şurası: Müşahidəçilərə hər cür şərait yaradılıb

"Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib".  

 

APA TV-nin verdiyi məlumata görə, bunu Milli Məclisə keçirilən seçkiləri izləyən Türk Şurasının müşahidə missiyasının üzvü Ömer Kocaman deyib.

 

O qeyd edib ki, iki qrupla Bakıda və Mingəçevirdə seçki proseslərini izləyiblər: "9 fevral 2020-ci ildə keçirilən erkən Parlament seçkiləri beynəlxalq standartlara uyğun həyata keçirilib. Məntəqələri ziyarət edərkən bizə bütün məlumatlar verildi. Müşahidəçi qismində iştirakımız müddətində bizə bütün şərait yaradıldı. İki şəhərdə 24 seçki məntəqəsində olduq. Seçkinin nəticəsinə təsir edəcək hər hansı bir texniki və qanun pozuntusuna rast gəlmədik".

 

Ömer Kocaman bildirib ki,  bu il keçirilən seçkidə həm siyasi partiyaların, həm namizədlərin, həm də seçicilərin sayının çoxluğu sevindirici haldır.

 

Müəllif | Apa.Tv
Apa.tv