Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri Gəncəyə səfər ediblər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə  səfəri edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edib.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə  Ermənistan ordusu  tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olublar.
Dağıntıya məruz qalmış binalara baş çəkən Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray  deyib ki, Macarıstanın Azərbaycanla çox sıx əlaqələri, strateji münasibətləri var:
“Macarıstan xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Çox şadam ki, sülh bərqərar olub. Bu gün Qarabağ bölgəsində də olduq. Ümid edirəm ki, yaxın vaxtlarda Qarabağda yenidənqurma işləri uğurla aparılacaq, regionda sülh bərqərar olacaq”.

Qismət Gözəlov Türk Şurası Baş katibinin müavini , 44 gün davam edən Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib, üzv dövlətlər adından bəyanatlar verilib: “İkinci Qarabağ Müharibəsindən sonra da Dağlıq Qaradağda həyata keçiriləcək quruculuq işlərində Türk Şurasına üzv dövlətlər dəstəklərini əsirgəməyəcəklərini bildiriblər. Bu il aprelin sonunda Türk Şurası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes-forumda məqsəd üzv ölkələrin iş adamlarını bir araya gətirmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etməkdir”.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər. 
 

Müəllif | Apa.Tv
Apa.tv