Türk vətəndaşı Balakəndə qəza törətdi – NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDI
Balakəndə Türkiyə vətəndaşına məxsus yük maşını qəza törədib.
APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Türk şirkətlərindən birinə məxsus, Türkiyə vətəndaşı Sultanhamit Türkərin idarə etdiyi “Mercedes” markalı yük maşını Bakıdan İstanbula qayıdarkən Balakən rayonunun Beşbulaq adlanan ərazisində sərt döngədə idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb, maşına isə ciddi ziyan dəyib. Qəza nəticəsində magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayanıb.
Müvafiq qurumların əməkdaşları tərəfindən yola düşən ağaclar təmizlənib, yük maşını yoldan kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.