Türkiyə "AKINCI"-da lazerlə idarə olunan raketi sınaqdan keçirib

Türkiyə Bayraktar “AKINCI” pilotsuz uçuş aparatının (PUA) lazerlə idarə olunan raketini sınaqdan keçirib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə istehsalı olan Bayraktar “AKINCI” zərbə vuran pilotsuz uçuş aparatı milli Aselsan şirkəti tərəfindən hazırlanmış “LGK-82” lazerlə idarə olunan raketi uğurla buraxıb.

Məlumata görə, iyulun 1-də pilotsuz təyyarə Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxıb və 9 min metrdən çox hündürlükdə lazerlə idarə olunan qanadlı raket atıb və hədəfi dəqiqliklə vurub. Əvvəllər pilotlu təyyarələr tərəfindən istifadə edilən bu növ sursat ilk dəfə “AKINCI”-da sınaqdan keçirilib. Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də pilotsuz təyyarələrin ixracı üçün istehsala başlayıb.

Hazırda Türkiyənin Bayraktar “TB-2 PUA”-larını Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna dövlətləri alır.

Bu tip pilotsuz təyyarələrdən Qarabağ, Suriya və Liviyadakı döyüş əməliyyatlarında istifadə olunub.

Müəllif | Apa.Tv
Apa.tv