Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.

 

Ahmet Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

 

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

 

Müəllif | Apa.Tv
Apa.tv