Türkiyə cümhuriyyətinin 96-ci il dönümü qeyd olunub
Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
APA TV-nin məlumatına görə, qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin himnlərinin oxunması ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Milli Məclisin sədri Oqtay Əsədov çıxış ediblər.
E. Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı təbrikini oxuyub. Türkiyə Prezidenti təbrikində bildirib ki, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edirlər:Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıran spiker Oqtay Əsədov isə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb. Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə və ziyafətlə davam edib.