Türkiyə məhkəməsi Mübariz Mənsimov barəsində qərar verdi

Türkiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

 

Qeyd edək ki, Mübariz Mənsinmov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.

Müəllif | Apa.Tv
Apa.tv