Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Polad Həşimovun oğluna türk bayrağı hədiyyə ediblər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyinin sədri və digər səlahiyyətli nümayəndələri ölkəmizdə səfərdədir.
APA TV-nin məlumatına görə, Dərnəyinin əməkdaşları Qəbələdə şəhid general Polad Həşimovun ailə üzvləri ilə görüşüblər.
Bu barədə məlumat verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qonaqların Polad Həşimovun oğluna türk bayrağı hədiyyə etdiklərini bildirib.
Onun sözlərinə görə, qurban bayramı münasibəti hər il ənənəvi olaraq təşkil olunun tədbir çərçivəsində türkiyəli qonaqlar həmçinin Ağdam, Tərtər və Tovuzda Qaçqın və Məcburi Köçkün ailələri, Şəhid ailələri və əsgərlərimizlə görüşüb, onları müqəddəs qurban bayramı münasibəti ilə təbrik ediblər.