Türkiyə MN Azərbaycan 2 il öncə bütün dünyaya gücünü göstərdi - APA TV

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

 

APA TV xəbər verir ki, Türkiyə MN-in “Twitter" hesabında paylaşdığı təbrikdə deyilir:

 

“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun. 2 il öncə qəhrəman mübarizə ilə öz torpaqlarını işğaldan qurtaran və bütün dünyaya Azərbaycanın gücünü göstərən qardaşlarımızla kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik”.

 

Müəllif | Apa.Tv
Apa.tv