“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər - ŞƏRHSİZ

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.

 

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

 

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv