Türkiyə polisi bir neçə ünvanda xüsusi əməliyyat keçirdi

Türkiyədə bu səhər İŞİD üzvlərinə qarşı əməliyyatlar keçirilib.

 

Əməliyyatlar Bursa şəhərində bir neçə ünvanda baş tutub. Nəticədə, Suriya, İraq və Azərbaycan əsilli 16 nəfər saxlanılıb.

 

Əməliyyatlar Bursa Polis Şöbəsi və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv