Türkiyə və Azərbaycan müdafiə nazirləri Qarsda birgə təlimi izləyib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyib.
APA TV-nin Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, təlimin gedişi barədə nazirlərə məlumat verilib.