Türkiyə və Pakistanda məşhur abidələr Azərbaycan bayrağına bürünüb

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

APA TV xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.

Bundan əlavə İslamabadda da “Pakistan Abidəsi” üzərində Azərbaycan bayrağı proyeksiya olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv