Türkiyə və Rusiya İdlibdə atəşkəs haqqında razılığa gəliblər

Türkiyə və Rusiya İdlibdə atəşkəs haqqında razılığa gəliblər.

APA Tv-nin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə bu gün keçirilən danışıqların yekunu ilə bağlı Suriyanın İdlib əyalətində atəşkəs haqqında razılıq əldə olunub: "6 mart saat 00:01-dən etibarən İdlibdə atəşkəs elan olunacaq".

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş 6 saatdan çox davam edib.

Rusiya Prezidenti Vladimir Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı bu gün keçirilən danışıqlarda razılıq əldə olunduğunu, danışıqların yekunu ilə bağlı sənədin imzalandığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv