Türkiyə vətəndaşları Sədərək Gömrük Postuna sən demə buna görə keçiblərmiş

 

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə iyulun 7-si baş verib. Təxminən 2-3 saat davam edib. Buna səbəb kimi Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşması göstərilir. Qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib.Qərarın iyulun 10-dan qüvvəyə minəcəyi bildirilir. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək qeydiyyat aparıblar.
 

Müəllif | Apa.Tv
Apa.tv