Türkiyə XİN rəhbəri: “Xocalını unutmadıq, unutmayacağıq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı Tvitter hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:

 

Azərbaycanlı qardaşlarımızın 31 il əvvəl Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Xocalıdakı insanlıq əleyhinə cinayəti unutmadıq, unutmayacağıq.

 

Can Azərbaycanın dərdi bizim dərdimizdir.

Müəllif | Apa.Tv
Apa.tv