Türkiyədə Azərbaycana dəstək məqsədilə keçirilən aksiyalar davam edir

Türkiyənin paytaxtı Ankara şəhərində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya keçirilib.

 

APA TV-nin xarici bürosunun xəbərinə görə, bu gün Ankarada Keçiörən Bələdiyyəsində “Azərbaycan Türk ordusunun üzvüyük” şüarı ilə keçirilən aksiyada bələdiyyə sədri Turqut Altınok çıxış edib.

 

O, Ermənistanın hücumlarını qınadıqlarını bildirib.

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların loyal mövqeyini tənqid edib.

 

23 iyul tarixinin Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci il dönümü olduğunu xatırladan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, Türkiyənin münaqişə ilə bağlı mövqeyi dəyişməz və prinsipialdır.  

 

Aksiyaya Keçiörən Bələdiyyəsinin üzvləri, Ankarada yaşayan azərbaycanlılar, şəhər sakinləri qatılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv