Türkiyədə azərbaycanlı faciəvi şəkildə öldü

Ötən gün Türkiyədə avtobus qəzası nəticəsində yaralanan azərbaycanlı Əhməd Rzayev dünyasını dəyişib.

 

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, ağır vəziyyətdə xəstəxanaya aparılan Ə. Rzayev bütün tədbirlərə baxmayaraq, ölüb.

 

Hadisəni törədən avtobusun sürücüsü isə polisə ifadə verdikdən sonra məhkəmə istintaqına təhvil verilib. Yaxın zamanlarda onun barəsində həbs qətimkan tədbiri seçiləcək.

Müəllif | Apa.Tv
Apa.tv