Türkiyədə azərbaycanlı sürücü uçqun altında qalıb öldü - APA TV

Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

 

APA TV İHA-ya istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.

 

Hadisə zamanı yoldan keçən TIR-lara ciddi ziyan dəyib.

 

Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasındanverilən məlumata görə, uçqun zamanı azərbaycanlı sürücü həlak olub.

 

Hadisə zamanı Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”, - deyə məlumatda qeyd olunub.

 

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı da ikitərəfli bağlanıb.

 

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

 

Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.

 

Müəllif | Apa.Tv
Apa.tv