Türkiyədə e.ə. XIV yüzilliyə aid tikili aşkar edilib
Türkiyəli arxeoloqlar Aydın vilayətində e.ə. XIV yüzilliyə aid saray qalıqları aşkar ediblər. Tikilinin məbəd olması da istisna edilmir. Bu barədə TRT məlumat yayıb. Bildirilib ki, professor Sevinc Günelin rəhbərlik etdiyi ekspedisiya ərazidə taxıl küpləri də aşkar edib. Tapılan taxıl nümunələri arxeobotaniki analizə cəlb edilib.