Türkiyədə güclü zəlzələ olub – 6,8 BAL
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla 20.55-də baş verib.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.
Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.
Tələfat barədə hələlik məlumat verilməyib.
Təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada şəhirlərində hiss edilib.