Türkiyədə güclü zəlzələ: XƏSARƏT ALANLAR VAR

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

 

APA TV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

 

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

 

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

 

Səhiyyə naziri Fahrettin Koca isə sosial media hesablarında paylaşım edərək bildirib ki, təbiət hadisəsi zamanı 46 nəfər xəsarət alıb.

 

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Həmin şəxs hündürlükdən tullanıb.

 

Bəzi ərazilərdə qismən dağıntıların olduğu bildirilir.

 

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.

Müəllif | Apa.Tv
Apa.tv