Türkiyədə ilk COVID-19 peyvəndi sınaqdan keçirildi
Türkiyədə COVID-19-a qarşı ilk peyvənd sınaqdan keçirilib.
APA TV Türkiyə mediasına istinadən xəbər verir ki, Bütün dünyanın pandemiyadan xilas olmaq üçün peyvənd axtarışına çıxdığı bir dövrdə, bu tarixi hadisə Türkiyənin Hacettepe Universitetinin tibb fakültəsində həyata keçirilib.
Çində təkmilləşdirilən COVID-19 peyvəndinə könüllü olma tendensiyası ilk dəfə Braziliya və İndoneziyada başladılıb.
Peyvənd tətbiqinin üçüncü mərhələsində bu prosesə Türkiyə də qoşulub və peyvənd Hacettepe Universiteti Tibb fakültəsinin səhiyyə işçilərinə inyeksiya olunub.
Mir Çingiz Ağazadə
APA TV