Türkiyədə kömür mədənində ölənlərin sayı AÇIQLANDI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Bartın şəhərində baş vermiş partlayışa görə başsağlığı verib.
APA TV xəbər verir ki, bununla bağlı nazir “Twitter“də paylaşım edib.
“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib. Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.