Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.

APA TV-nin xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25382 şübhəli koronavirus testindən keçib, onlardan 1022-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4199 nəfər ölüb, 151615 nəfər bu infeksiyaya yoluxub, 112895 nəfəri isə müalicə olunub.

Bu gün 1318 xəstə evə buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv