Türkiyədə meşə yanğınları nəzarətə alındı

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan şiddətli meşə yanğınları artıq tam olaraq nəzarətə alınıb.

Qeyd edək ki, Muğlada başlayan yanğınlar ümumilikdə 4 500 hektar ərazini  əhatə edib.

Yanğınlar xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə olunub.

Yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv