Türkiyədə partiya sədri koronavirusdan öldü
Türkiyədə partiya sədri koronavirusdan vəfat edib.
APA TV-nin məlumatına görə, Müstəqil Türkiyə Partiyasının sədri Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, səkkiz ailə üzvü də koronavirusa yoluxub.
Dörd gün xəstəxanada müalicə alan 73 yaşlı Haydar Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, vəfat edib.