Türkiyədə son sutkada 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb. 

APA Tv-nin xəbərinə görə,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirdiyi canlı yayımda məlumat verib. 

O bildirib ki,  bu gün ümümilikdə 14396 nəfər test edilib və 2148 nəfərdə koronavirus aşkarlanıb. 

Qeyd edək ki,  Türkiyədə koronavirusdan indiyə qədər 277 nəfər ölüb, 15679 nəfər isə xəstəliyə yoluxub.

Müəllif | Apa.Tv
Apa.tv