Türkiyədə təhsil alan azərbaycanlı tələbələr ölkəmizə necə köçürülə bilər?

Türkiyənin zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin hansı əsaslarla Azərbaycanın ali təhsil müəssisələrinə köçürülə biləcəyinə aydınlıq gətirilib.

 

APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə məlumat verib.

 

 “Əgər tələbənin ümumi orta göstəricisi, SAT balı yüksəkdirsə, təbii ki, biz o tələbənin köçürülməsini istəyirik. Lakin əgər tələbə burada ali məktəbə qəbul ola bilməyibsə, təkcə attestatla təhsil almağa gedibsə, onları köçürə bilmərik. Bu, digər şəxslərə qarşı ədalətsizlikdir” - nazir qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv