Türkiyədə təlimdə olan hərbçilərimiz Azərbaycana qayıdıb

Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”ə qatılan Azərbaycan Ordusunun hərbi qulluqçuları təlimləri başa vuraraq vətənə qayıdıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, “Qış təlimi-2021”də iştirak etmiş azərbaycanlı hərbçilərin yola salınması ilə bağlı mərasim keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv