Türkiyədən Azərbaycana təxliyə davam edir

Bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.


APA-nın xəbərinə görə,  Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və yeraltı təkanların törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının həlak olmuş vətəndaşları barədə Xarici İşlər Nazirliyinin mətbuat üçün yaydığı məlumatında qeyd edilib ki, təxliyə edilənlərdən 58 nəfər azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbədir. Təxliyə prosesi davam etməkdədir.

Müəllif | Apa.Tv
Apa.tv