13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Türkiyədən gələn azərbaycanlı həkimlər Vətən Müharibəsi qazilərinə yardım edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə Tibbi Reabilitasiya Xəstəxanasında Vətən Müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib.

APA TV xəbər verir ki, müayinələr Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən həyata keçirilib. Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib.

Qeyd edək ki, 2 gün davam edəcək və bu müddətdə 100-dən çox qazinin müayinə olunması nəzərdə tutulur.

Türkiyədə fəaliyyət göstərən həkim qrupu avqust-sentyabr aylarında regionlara səfər edib oradakı qazilərə psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirəcəklər.

Fatma Zahidqızı,

Xəqani Hüseynov,

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın