Türkiyəli Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Türk şəhidliyini ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Türk şəhidliyini ziyarət edib.
APA TV-nin məlumatına görə, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçüyü Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib:
Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan səfərlərinin məqsədi barədə məlumat verib: “Biz həkimlərdən ibarət bir dərnəyik. Həkimlərin içərisindəki duyğu və vəkalətlərlə birgə bura gəldik. Tibb sahəsində də çalışmışıq. Ancaq hazırkı gündəm cəbhə xəttindəki atışmalar və şəhidlərimizin yası olduğu üçün bu ziyarətimizdə biz qurbanlarımızın vəkalətlərini yerinə yetirib ailələrə qurban əti payladıqdan sonra on iki iyuldan etibarən Tovuz rayonundakı döyüşlərdə şəhid olmuş bütün şəhidlərin ailələrini ziyarət etdik, dərdlərinə şərik olduq”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə dərnək təmsilçilərinin ölkəmizdə olduğu müddət ərzində keçirdiyi görüşlər barədə məlumat verib: “200-dən artıq türk həkiminin qurbanını Qarabağda kəsdilər. Tovuz, Ağdam, Tərtər, Tovuzda kəsildi. Qarabağ müharibəsi, şəhid ailələri və veteranlara paylanıldı. Ən əsası odur ki, Polad Həşimov başda olmaqla, on iki hərbçimizin şəhid olduğu Tovuzun Ağdam kəndində oldular. Qaraqayanı gördülər”.
Xatırladaq ki, Türkiyəli həkimlər səfər çərçivəsində şəhid ailələri ilə yanaşı, hərbi hissələrdə əsgərlərlə də görüşüblər.
Mir Çingiz Ağazadə
Faiq Həsənov
APA TV