Türkiyəli müşahidəçi: “Azərbaycan xalqı istədiyi namizədə səs verdi”
"Azərbaycan xalqına təşəkkür edirik. Onlar sabahına sahib çıxaraq istədikləri namizədə səs verdilər".
APA TV-nin məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib:
“Gənc və yaşlı millət vəkillərindən formalaşacaq bu parlamentdə Azərbaycanın dövlətinin başlatdığı islahatlar dalğası davam edəcək. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın ayağına tikan batmasını istəmirik. Biz bu coğrafiyada güclü bir Azərbaycan, güclü bir Türkiyə istəyirik”.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərini Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının 5 üzvi müşahidə edib.