Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başladı

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb.

 

APA TV-nin xəbərinə görə bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.

 

"Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb", - deyə səfirlikdən bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv