Türkiyənin məşhur markası “Süvari” APA TV ilə əməkdaşlığa başladı

Türkiyənin məşhur geyim brendi olan “Süvari” “APA Group” ilə əməkdaşlığa başlayıb.

APA TV-nin xəbərinə görə, artıq 10 ildir ki, Azərbaycan müştərisinə də xidmət edən, öndə gələn geyim brendlərindən olan “Süvari” zövqlü kişilərin seçimidir.

Azərbaycan tamaşaçısının da zövqünü oxşayan “Süvari” və “APA Group”a daxil olan APA TV arasında bağlanan müqavilə əsasında kişi aparıcılar efirdə brendin geyimlərindən istifadə edəcəklər.

Qeyd edək ki, “Həyata qarış” sloqanı ilə 7 mağazası mövcud olan brend Bakıda yerləşən 5 mağaza ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də fəaliyyət göstərir.

“Süvari”ni sosial media hesablarından izləyə və mağazalarını ziyarət edərək, hazırda davam edən 30%-lik endirim kampaniyasından yararlana bilərsiniz.


Facebook:https://www.facebook.com/suvariazerbaijan/

İnstagram:https://www.instagram.com/suvari_azerbaijan/

 

Müəllif | Apa.Tv
Apa.tv