​​​​​​​Türkiyəyə göndərilən FHN-in təyyarəsi əməliyyata başlayır

Azərbaycanın göndərdiyi "BE-200" amfibiya təyyarəsi artıq Türkiyəyə çatıb.

 

APA TV xəbər verir ki, bununla bağlı Türkiyənin məşhur "Haber Global" telekanalı süjet yayıb. Süjetdə təyyarənin bu gün səhər saatlarından Türkiyənin Muğla şəhərində yanğınların söndürülməsinə cəlb olunduğu bildirilib.

 

Xatırladaq ki, “BE-200ÇS” amfibiya tipli təyyarə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb.

Müəllif | Apa.Tv
Apa.tv