Türkmənistanda Ulu Öndərin 100 illik yubileyi qeyd edilib


Azərbaycanın Türkmənistandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul keçirilib və ziyafət verilib.Qəbulda Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, xarici dövlətlərin Türkmənistanda akkreditə olunan səfirləri, ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.Ölkəmizin Türkmənistandakı səfiri Həsən Zeynalov tədbirdə çıxış edərək Azərbaycan səfirliyinin yeni inzibati binasının açılışının məhz Heydər Əliyevin 100 illik yubileyi gününə təsadüf etməsinin əlamətdar olduğunu bildirib. Qeyd edib ki, Sovet Azərbaycanına 14 il rəhbərlik edən Heydər Əliyev öz qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikada sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub, Azərbaycan xalqının milli kimliyini özünə qaytarıb. Diplomat vurğulayıb ki, 1993-cü ildə Vətənin çətin vəziyyətində xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ermənilərin hərbi təcavüzünü dayandırıb, dövlətin müstəqilliyinin gücləndirilməsi, dünyada qəbul etdirilməsi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, ordunun hazırlıq və silah təminatının yüksəldilməsi yönündə imkansız görünən xidmətlər göstərib. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyub və Qarabağı azad edib. Çıxışlardan sonra qonaqlar “Dahi azərbaycanlı” sənədli filminə baxıblar.Filmin nümayişindən sonra ziyafət verilib.

Müəllif | Apa.Tv
Apa.tv