Tütün daşıyan yük maşını qəza törətdi - SÜRÜCÜLƏR YARALANDI
Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, “Vektor” firmasına məxsus, 1988-ci il təvəllüdlü Fərhad Əmirovun idarə etdiyi yük avtomobili ilə 1984-cü il təvəllüdlü Azər Allahverdiyevə məxsus minik maşını toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.