TV-lər yalan deyirdi, 500 ölü gətirilirdi - ERMƏNİ ƏSGƏRİN ETİRAFLARI

44 günlük müharibədən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, ermənilərin kabusu davam etməkdədir.

 

Müharibədən bəxti gətirib, sağ qalan erməni əsgərlərin açıqlamalarını dinləyəndə tarix yazan igidlərimizin düşmənə necə zərbə vurduqları bir daha gözlərimiz önündə canlanır.

 

Müharibə vaxtı əsgərlərə tibbi yardım göstərən erməni döyüşçülərdən birinin açıqlamaları sosial şəbəkələrdə sürətlə yayılmaqdadır. Əsgər verdikləri itkilərdən, komandirlərinin necə qaçdıqlarından, ilk günlərdəcə hava hücumundan müdafiə sistemlərinin necə tar-mar olduğundan söz açır: “Hadrutdu itirdikdən sonra bizi yaralılara köməklik etmək üçün Xankəndidəki hərbi hospitala apardılar. Hər gün 100-150 yaralı gəlirdi. Həmin yaralıların 30-40 nəfəri elə yerindəcə ölürdü. Televiziya kanallarında xalqa yalan danışaraq guya hər gün 17-20 nəfər ölür deyirdilər. Bunlar hamısı yalan idi. Hər gün 200-300 nəfər ölürdü. Hamısını öz gözümlə görmüşəm. Çünki, hər gün ölü əsgərləri tabuta özümüz qoyurduq. Bəzən tabuta ancaq əsgərin ayağını, əlini ya da başını qoyurduq. Cəbrayıl döyüşləri başlayanda hər gün 500 ölü gətirilirdi. Çoxusu İrəvandan gələn əsgərlər idilər. Komandirlər qaçıb gizlənmişdilər. Onları tapmaq olmurdu. Evlərə girib əyyaşlıq edirdilər. Bizə yol göstərmələrini istədikdə isə bizə, “Heç cür köməklik edə bilmərik, nə istəyirsiniz onu da edin” dedilər.  Müharibənin son günlərdə sağ qalanlar meşələrə qaçdılar”.

 

Erməni sanitarın heyrətlə danışdığı məqamlardan biri də artilleriya qüvvələrimizin dəqiqliyidir. O deyir ki, hərbçilərin çoxu elə döyüşə girər-girməz başlarına yağan mərmilər tərəfindən məhv ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv