Üç avtomobil toqquşdu – ŞƏKİDƏ ZƏNCİRVARİ QƏZA BAŞ VERİB
Şəkidə zəncirvari qəza olub, minik maşını çaya düşüb.
APA TV-nın məlumatına görə, hadisə Şəki şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
“Toyota Prado”, “VAZ 21015” və “Mercedes” markalı maşınlar toqquşub. Zərbənin təsirindən Toyota Prado” markalı minik avtomobili ərazidən keçən Qurcana çayına düşüb.
Qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.