Üç bacı qazdan zəhərləndi

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

 

Hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb. Kənd sakinləri olan bacılar Nərmin, Zeynəb Rasim qızı Məmmədova və Fatimə Rasim qızı Məmmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv