Üç dini icma tərəfindən Gəncə terroru ilə bağlı bəyanat imzalanıb

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması birgə bəyanat yayıb.

APA TV-nin yerli bürosunn xəbərində görə, Gəncə terroruna diqqət yetirən din xadimləri Ermənistan hakimiyyətinin mülki insanlara, günahsız şəxslərə qarşı kütləvi qırğın silahlarından istifadə edilməsinin hərbi cinayət olduğunu, xalqımıza qarşı soyqırımı siyasətinin davamı kimi xarakterizə ediblər.

Diqqətə çatdırılıb ki, raket zərbələri nəticəsində Gəncə şəhərindəki dini ibadət yerləri, xüsusən İmamzadə Dini Kompleksi və Rus Provaslav kilsəsində dağıntılar qeydə alınıb.

Ermənistandan fərqli olaraq isə Azərbaycan mülki insanları hədəfə almır, dini məbədləri məqsədli şəkildə dağıtmır. Üstəlik Azərbaycan bu gün tolerant ölkə kimi də bütün dünyaya ən yaxşı nümunədir.

Sonda hər üç dini icmanın rəsmiləri tərəfindən bəyanat imzalanıb. Bəyanatda erməni terroruna dünya ictimaiyyətinin biganə qalmaması istənilib, mülki insanların öldürülməsi faktına beynəlxalq təşkilatların obyektiv və qərəzsiz münasibət bildirmələri tələb olunub.

Müəllif | Apa.Tv
Apa.tv